Sərbəst danışın

Fərqli mesajlaşma təcrübəsini salamlayın. Gözlənilməz məxfilik vurğusu gözlədiyiniz bütün xüsusiyyətlərlə birləşdirildi.


99chat al

Niyə 99chat istifadə etməliyik?

99chat-ın niyə sadə, güclü və etibarlı mesajlaşma tətbiqi olduğunu bilmək üçün aşağıya nəzər salın

Tərəddüdsüz paylaşın

Başdan-başa şifrələmə xüsusiyyətinə malik müasir texnologiya ilə (açıq mənbəli 99chat Protokolu tərəfindən təmin edilir) danışıqlarınızın təhlükəsizliyini qoruyun. Nə bizlər, nə də başqaları mesajlarınızı oxuya və ya zənglərinizi dinləyə bilmir. Məxfilik, ixtiyari bir rejim deyil — 99chat-ın fəaliyyət formasıdır. Hər mesaj, hər zəng hər zaman məxfidir.

İstədiyinizi deyin

Mətnlər, səsli mesajlar, fotolar, videolar, GIF-ləri və faylları ödənişsiz paylaşın. 99chat telefonunuzun internet bağlantısından istifadə edir, beləcə SMS və MMS ödənişlərinə məruz qalmırsınız.

Sərbəst danışın

Uzaq məsafəyə görə əlavə ödəniş etmədən, şəhərdən uzaqda və ya okeanın o tayında yaşayan insanlara yüksək keyfiyyətli audio və video zənglər edin.

Məxfilik stikeri yaradın

Şifrələnmiş sitkerlərlə danışıqlarınıza yeni bir ifadə səviyyəsi əlavə edin. Həmçinin öz stiker paketlərinizi yaradıb paylaşa bilərsiniz.

Qruplarda bir araya gəlin

Qrup söhbətləri, ailəniz, dostlarınız və həmkarlarınızla əlaqədə qalmağınızı asanlaşdırır.

Reklamsız, nəzarətsiz və yalansız.

99chat-da heç bir reklam, ortaq marketoloq və xoşagəlməz izləmə yoxdur. Diqqətinizi yalnız sizin üçün mühüm anları önəm verdiyiniz insanlarla paylaşmağa ayırın.

Hər kəs üçün ödənişsiz

99chat müstəqil bir qeyri-kommersiya təşkilatıdır. Heç bir böyük texnoloji şirkətə bağlı deyilik və heç kəs bizi satın ala bilməz. İnkişaf sizin kimi insanların verdiyi ianələr və dəstək sayəsində təmin olunur.

99chat-a ianə verin